Ana səhifə
Xidmətlər
Maliyyələşdirmə həlləri
Ehtiyacınıza uyğun dörd əsas istiqamət üzrə çevik, şəffaf və sürətli maliyyələşdirmə. Xidmətlərimiz - İcara və Murabaha
Xidmətlərimiz
Hər ehtiyac üçün uyğun həll
İCARA (MALİYYƏ İCARƏSİ)
İslam maliyyəsinin İcara modeli çərçivəsində müştərinin seçdiyi aktiv şirkət tərəfindən alınır və müəyyən müddət ərzində müştəriyə icarəyə verilir. Müddətin sonunda aktiv müştərinin mülkiyyətinə keçir. Faiz əvəzinə icarə haqqı tətbiq olunur. İcara xidməti təqdim ediləcək əsas aktiv kateqoriyaları:
- Minik avtomobilləri
- Kommersiya nəqliyyatı
- Xüsusi texnikalar
- İstehsal avadanlıqları
- Kənd təsərrüfatı texnikaları
MURABAHA MALİYYƏLƏŞDİRİLMƏSİ
Murabaha modeli çərçivəsində şirkət müştərinin sifarişi əsasında məhsulu satın alır və əvvəlcədən razılaşdırılmış mənfəət marjası əlavə etməklə hissə-hissə müştəriyə satır. Bu model tamamilə şəffaf olub faiz olmadığından İslam qaydalarına tam uyğundur. Murabaha xidmətinin tətbiq olunacağı əsas məhsul kateqoriyaları:
- Məişət texnikası
- Mebel
- Elektronika
- Ticarət avadanlıqları
- Kiçik biznes ehtiyacları
