İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) ilə ASR Finance arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi vətəndaşların və sahibkarların müasir maliyyə həllərinə çıxışını asanlaşdırmaq, eyni zamanda şəriət prinsiplərinə uyğun maliyyə məhsullarının inkişafına töhfə verməkdir.
Memorandum çərçivəsində ASR Finance üçün Murabaha və Lizinq məhsullarına dair müqavilə və hüquqi sənədlər İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin ekspertləri tərəfindən şəriət prinsiplərinə uyğun şəkildə hazırlanmışdır. Bu sənədlər İslam maliyyəsinin əsas prinsiplərinə uyğun maliyyələşdirmə modelinin tətbiqinə imkan yaradır.
Əməkdaşlıq nəticəsində SER-ə müraciət edən fiziki və hüquqi şəxslər ehtiyaclarına uyğun maliyyə həlləri ilə bağlı məlumat əldə edərək ASR Finance-a yönləndirilə biləcəklər.
ASR Finance vasitəsilə müştərilər:
– avtomobil əldə edə;
– məişət texnikası və elektronika məhsullarını maliyyələşdirə;
– ev əşyaları və digər istehlak mallarını əldə edə;
– lizinq xidmətlərindən yararlanaraq biznes və şəxsi ehtiyaclarına uyğun maliyyə həllərindən istifadə edə bilərlər.
Bu əməkdaşlıq ölkədə şəriət prinsiplərinə uyğun maliyyə məhsullarının inkişafına, maliyyə əlçatanlığının artırılmasına və vətəndaşlarla sahibkarların etibarlı maliyyələşdirmə imkanlarından faydalanmasına mühüm töhfə verəcəkdir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi olaraq, ASR Finance kollektivini bu mühüm əməkdaşlıq münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, bu tərəfdaşlıq hər iki qurumun məqsədlərinə xidmət etməklə yanaşı, ölkəmizdə İslam maliyyəsi ekosisteminin inkişafına da mühüm töhfə verəcəkdir.
